Xəbər lenti

Fərid Mustafayevin şirkəti hansı qanunu pozub? - 5 min manat cərimə
Ekonomiks 13:32 23.09.2024

Fərid Mustafayevin şirkəti hansı qanunu pozub? - 5 min manat cərimə

Avropada təsis edilmiş Azərbaycan Qarabağ Atları Assosiasiyasının prezidenti, eyni zamanda "Alianza de Proyectos İnternacionales GCP S.L."nin təsisçisi olan Fərid Mustafayevin rəhbərlik etdiyi "F-Holding" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı 5 min manatlıq cərimə protokolu tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Fərid Əhmədov "F-Holding" barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci (Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İXM-nin 247.2-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat məbləğində cərimə edilir. İşə Beyləqan Rayon Məhkəməsinin hakimi Xatın Cabbarlının sədrliyi ilə baxılacaq. 
 


Qeyd edək ki, "F-Holding" MMC 07.07.2022-ci il tarixində İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti, İspaniyanın şimali və Fransanın cənubi bölgələrinin Diaspora sədri Fərid Mustafayev tərəfindən təsis edilib. Cəmiyyət İspaniya Krallığı və digər inkişaf etmiş ölkələrdən xarici investorların cəlb edilməsilə, kənd təsərrüfatı və balıqçılıq, ərzaq məhsullarının istehsalı, alternativ enerji istehsalı, tikinti, informasiya texnologiyaları, dağ-mədən, neft-qaz sənayesi, incəsənət, idman və digər sahələrdə beynəlxalq təcrübənin və süni intellektin tətbiq edilməsilə, Azərbaycan Respublikasının iqtisadiyyatının müxtəlif sahələrinin daha da inkişaf etdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirməkdədir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->