Xəbər lenti

Komitə sədrindən Tovuzdakı qalmaqallı qərarla bağlı açıqlama
İdman10:13 23.09.2024

Komitə sədrindən Tovuzdakı qalmaqallı qərarla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VII turunun "Turan Tovuz" - "Araz-Naxçıvan" matçındakı mübahisəli epizodu şərh edib.
Qaynarinfo xəbər verir ki, o, Naxçıvan təmsilçisinin hücumçusu Ramon Maçadonun 13-cü dəqiqədə topa oynamaq istədiyini bildirib.
"Ayağının ucu ilə "Turan Tovuz” komandasının oyunçusu Roderik Millerin baş nahiyəsinə zərbə endirir. Hakim oyunçunun düşüncəsiz davranışına görə ona sarı vərəqə göstərir. Təlimatlara əsasən, "Araz-Naxçıvan”ın oyunçusunun topa baxdığını və topa oynamaq istədiyini nəzərə alaraq, verilən sarı vərəqəni dəstəkləyirik. O, ayağının ucu (butsun altı ilə deyil) ilə müdafiəçinin başına/üzünə aşağı intensivliklə və o qədər də güclü olmayan zərbə endirir. Təhlükəli vəziyyət olsa da, "Araz-Naxçıvan”ın oyunçusunun etdiyi qəsdən təmas/qayda pozuntusu deyil", - deyə De Blekere vurğulayıb.
Qeyd edək ki, görüş "Araz-Naxçıvan"ın qələbəsi ilə bitib - 2:1.