Xəbər lenti

USQ Kursk vilayətində sərhəddə cəbhənin daha bir hissəsini yardı (VİDEO)
Dünya08:37 23.09.2024

USQ Kursk vilayətində sərhəddə cəbhənin daha bir hissəsini yardı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Silahlı Qüvvələri Rusiya sərhəddində, Kursk vilayətində cəbhənin daha bir hissəsini yarıb. Hücum Desant-Həmlə Qüvvələrinin 95-ci əlahiddə desant-həmlə briqadasının bölmələri tərəfindən həyata keçirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna” Ukrayna Silahlı Qüvvələrinin Desant-Həmlə Qüvvələrinin komandanlığının kommunikasiya idarəsinin Telegram-ına istinadən məlumat yayıb.
"Bu, artıq Rusiya Federasiyasının Kursk vilayəti ərazisində əməliyyat başlayandan bəri Rusiya sərhədini yarmaq üzrə ikinci uğurlu əməliyyatdır”, - deyə məlumatda bildirilir.
Kommunikasiya idarəsi Kursk vilayətində cəbhənin dəqiq haradan yarıldığını açıqlamır.
Videoçarxda mühəndis maneələrindən keçidlər, desant-həmlə bölmələrinin düşmən ərazisinə hərəkəti və tankların dayaq mövqelərinin darmadağın etdiyi sərhəd zolağında ilk döyüşlər qeydə alınıb.
Nizami Bağırov