Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika Komitəsi qurumun prezidenti Kirsan İlümjinovu vəzifəsindən kənarlaşdırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə komissiyasının üzvləri yekdilliklə qərar qəbul edib.
Kirsan İlümjinov federasiyanın Etika Kodeksini pozmaqda günahlandırılır. Onun səlahiyyətləri 18 ay müddətinə dondurulub. Qərar 6 ay - 12 yanvar 2019-cu ilədək qüvvədə olacaq. Qalan 12 aylıq diskvalifikasiya isə 2 ildən sonra tətbiq olunacaq.
Qeyd edək ki, FIDE-də prezidenti seçkisi oktyabrın 3-də Gürcüstanın Batumi şəhərində keçiriləcək. 56 yaşlı Kirsan İlümjinov 1995-ci ilin noyabrından quruma rəhbərlik edir.
Şərhlər