Xəbər lenti

Finlandiya XİN: Macarıstanın Aİ-də qalması barədə düşünməyə dəyər...
Dünya 16:47 23.07.2024

Finlandiya XİN: Macarıstanın Aİ-də qalması barədə düşünməyə dəyər...

Finlandiyanın xarici işlər naziri Elina Valtonen hesab edir ki, Macarıstanın dəyərləri Avropa İttifaqının dəyərlərindən çox fərqlidirsə, Macarıstanın Aİ-də qalması barədə düşünməyə dəyər.

Qaynarinfo xəbər verir ki, bu barədə "İisalmen Sanomat” nəşri məlumat yayıb.

Valtonen qeyd edib ki, Macarıstan ikitərəfli diplomatiyasında, məsələn, baş naziri Viktor Orbanın Moskva və Pekinə səfəri zamanı Aİ-ni təmsil etməməli və ya təmsil etdiyi təəssüratı yaratmamalıydı.

Onun sözlərinə görə, Macarıstanın fikirləri Aİ-nin rəsmi xəttinə uyğun gəlmir.

"Əlbəttə, bu, hər bir ölkənin öz işidir, amma nə vaxtsa fikirlər bizim ümumi dəyərlərimizdən bu qədər fərqlidirsə, Avropa İttifaqının düzgün qrup olub-olmadığını soruşmağa dəyər”, - Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. 

Eyni zamanda, o əlavə edib ki, Macarıstana ölkənin Aİ üzvlüyünə yenidən baxması barədə siqnal göndərməyəcək.

Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell Brüsseldə keçirilən görüşdə Aİ xarici işlər nazirlərinin böyük əksəriyyətinin Macarıstan rəhbərliyinin razılaşdırılmamış "sülh missiyalarını” tənqid etdiyini bildirib.

Avropa Komissiyası Macarıstanın sədrliyi dövründə Viktor Orbanın razılaşdırılmamış xarici siyasət addımlarından narazılığını göstərmək üçün Aİ Şurasının qeyri-rəsmi iclaslarında təmsilçiliyin səviyyəsini azaltmaq qərarına gəlib. Bir sıra üzv dövlətlər oxşar addım atıb.

Eyni zamanda, Orban tənqidlərə baxmayaraq, "sülh missiyasını" davam etdirəcəyini vəd edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->