Bu gün Finlandiyada parlament seçkiləri keçirilir.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, seçkilərin əsas favoriti Antti Rinnenin rəhbərlik etdiyi Sosial Demokratlar Partiyasıdır. Əgər hakimiyyətə yenidən bu partiya gəlsə, Finlandiyada sol cinahın hakimiyyətinin 20 ili tamam olacaq. Sağ cinah təmsilçisi Finlər Partiyası isə 2-ci yerdə qərarlaşıb. Seçkidə Sosial Demokratların 19%, Finlərin isə 16% səs toplayacağı proqnozlaşdırılır.
Parlamentdə təmsil olunmaq üçün ümumilikdə 19 partiya mübarizə aparır.
Qeyd edək ki, Finlandiyada seçicilər həyat şəraitinin pisləşməsi, səhiyyənin bahalaşması, əhalinin qocalması, iqlim dəyişikliyi, miqrant məsələsi kimi problemlərin həllini gözləyir.
Gülşən
Şərhlər