Xalq artisti Flora Kərimova qızının boşanmasından söz açıb.
"Qafqazinfo”nun məlumatına görə, “Şou məkan”a açıqlama verən sənətkar qızının ikinci dəfə ailə qurmasına pis baxmadığını və hər şeyin qismətdən aslı olduğunu bildirib.
Xalq artisti hər kəsin abırlı, sakit boşanmasının çətin olduğunu söyləyib:“Qızım Zümrüd xaricdən gəlib,amma gedəcək. Ailəsindən ayrılmasına baxmayaraq geri qayıdacaq. Boşanmaqda rahat,sakit və abırlı boşanmaq hər insanın hünəri deyil. Qızımın ikinci dəfə ailə qurmasına pis baxmıram, qismətini tələsdirmirəm”.
Qaynar.info
Şərhlər