Xəbər lenti

Dünya 14:52 03.07.2023

FSB Telegram və WhatsApp-da istifadəçi yazışmalarını izləməyi öyrənib - NYT

FSB və Rusiya polisi şifrlənmiş Telegram, Signal və WhatsApp messencerlərində yazışmaları izləyə bilir. Kəşfiyyat xidmətləri kimin kimlə, harada və nə vaxt əlaqə saxladığını öyrənə bilir, lakin mesajların özlərini oxuya bilmir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” məlumat yayıb

Qəzetin yazdığına görə, Rusiya hakimiyyəti son illərdə internetdə müxalif fikirlərə qarşı mübarizə aparmaq üçün böyük alətlər arsenalı toplamağa nail olub və bunun sayəsində Rusiya "sürətlə Çin və İrana çatır”. Müharibə və müharibənin əleyhdarları ilə mübarizə aparmaq istəyi təhlükəsizlik qüvvələrinin bu texnologiyalara tələbatını artırıb və yeni müşahidə sistemlərinin inkişafına təkan verib, - NYT yazır.

Bu bazarın liderləri arasında vaxtilə Əlişir Usmanovun nəzarətində olan "Sitadel” şirkəti də var.

NYT-yə görə, rusiyalılar üçün ən təhlükəli texnologiya "Sitadel”in törəmə şirkətlərindən biri olan "MFI Soft” tərəfindən icad edilən NetBeholder proqramıdır. O, WhatsApp, Signal və ya Telegram messencerlərinin şifrələnmiş trafikinin hara göndərildiyini izləyə bilir. Məsələn, proqram kimin kiminlə, nə vaxt və harada danışdığını, faylın mesaja əlavə olunub-olunmadığını müəyyən edə bilər. Əvvəllər bu məlumat yalnız proqram təminatçılarından əldə edilə bilərdi.

NetBeholder-in başqa bir xüsusiyyəti insanın bir neçə telefondan istifadə edib-etmədiyini müəyyən etməyə, həmçinin bu telefonların kontaktlarını başqalarının qacetləri ilə əlaqələrini müəyyənləşdirməyə imkan verir. Bundan əlavə, proqram operatorları müəyyən bir gündə hansı telefonların eyni yerdə olduğunu hesablaya bilərlər. Proqram həmçinin istifadəçinin Rusiyanın hansı bölgəsindən gəldiyini və ya əcnəbinin gəldiyi ölkəni müəyyən etməyə imkan verir.

Signal, Telegram və WhatsApp yaradıcıları bu cür nəzarətə acizdir. Qəzet izah edir ki, şifrələmə müəyyən mesajların mübadiləsini gizlədə bilər, lakin mübadilə ilə bağlı məlumatları bloklaya bilməz.

Bunu şirkətlərin özləri də etiraf edirlər. "Siqnal öz internet-provayderinizdən Siqnaldan istifadə etdiyinizi gizlətmək üçün nəzərdə tutulmayıb", - NYT Siqnal Foundation-in prezidenti Meredit Uittakerin sözlərindən sitat gətirir. O, insanları mənbə və təyinat yerini gizlətmək üçün başqa server vasitəsilə trafik göndərən funksiyadan istifadə etməyə çağırıb.

Telegram-ın nümayəndəsi trafiki gizlətmək üçün heç bir şey edilə bilməyəcəyini etiraf edib, lakin insanların trafiki müəyyən etmək və izləməyi çətinləşdirmək üçün messenger tərəfindən yaradılan funksiyalardan istifadə edə biləcəyini söyləyib. "WhatsApp” müşahidə vasitələrinin "bütün dünyada insanların konfedensiallığına ciddi təhlükə yaratdığı” ilə bağlı narahatlıqlarını ifadə edib və şirkətin şəxsi söhbətləri qorumağa davam edəcəyini bildirib. 

Təsvir edilən bəzi müşahidə alətləri artıq Rusiyadan kənara da yayılmağa başlayıb. İstehsalçılar məhsullarını Şərqi Avropa və Mərkəzi Asiyada, eləcə də Afrika, Yaxın Şərq və Cənubi Amerikada satmağı hədəfləyirlər. Yanvar ayında Citizen Lab Rusiya proqramlarının artıq İranda və Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bölgələrində istifadə olunduğunu bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->