Son məlumata görə, komandanın 12-ci üzvü və məşqçi mağaradan çıxarılıb.
***
Taylandda "Tham Luang" mağarasında itkin düşən futbol komandasının xilası davam edir.
Qaynarinfo Guardian-a istinadən xəbər verir ki, mağarada olan 13 nəfərdən 11-i artıq xilas edilib. 1 futbolçu və məşqçi isə hələ də xilasını gözləyir.
Qeyd edək ki, 23 iyunda mağaraya daxil olan 11-16 yaşlılardan ibarət yeniyetmə futbol klubunun 12 üzvü və 25 yaşlı məşqçi güclü yağış sualarının ərazini basması nəticəsində oranı tərk edə bilməmiş, itkin düşmüşdü. 9 gün sonra tapılan qrupun xilasının artıq 3-cü günüdür. Prosesin 2-4 gün davam edəcəyi gözlənilir.
Xilasetmə tədbirlərində bir çox ölkədən şəxslər iştirak edir.
Gülşən
Şərhlər