Futbol üzrə millimizin sabiq hücumçusu Fərid Quliyev və voleybol üzrə qadınlardan ibarət yığmamızın üzvü Oksana Kiselyova evlənəcək.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə vaxtdır sevgili olan cütlük evlənmək qərarına gəliblər. Artıq onların nikah mərasimi keçirilib.
Onlar fevralın 24-də ailə həyatı quracaqlar. Toy Bakıda baş tutacaq.
Qeyd edək ki, Fərid Quliyev 2016-cı ildə Türkiyənin "Yozqatspor” klubundan ayrıldıqdan sonra hər hansısa peşəkar klubda çıxış etməyib. Oksana Kiselyova isə noyabrda əməliyyat olunduğundan, 6 aylıq karyerasını məcburi "dondurub”.
Şərhlər