Xəbər lenti

Gec də olsa ermənilər bu ərazilərin Azərbaycana aid olduğunu anladı - Ekspert
Siyasət 10:40 08.05.2021

Gec də olsa ermənilər bu ərazilərin Azərbaycana aid olduğunu anladı - Ekspert

"Artıq ermənilər çıxılmaz vəziyyətdə qaldıqlarını görüb bu abidəni sökməyə qərar verdilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradovun Xocavənddəki erməni faşist kollaborasionisti Qaregin Njdenin abidəsinin sökülməsi ilə bağlı göstərişini şərh edərkən deyib. Onun fikrincə, Qaregin Njdeyə qoyulan abidənin Azərbaycana aid olan Xocavənd rayonu ərazisində yerləşməsi Azərbaycan üçün qəbuledilməz idi:

"Azərbaycan tərəfi bunu dəfələrlə dilə gətirmişdi. Lakin bu məsələ ermənilər üçün növbəti zərbə olacağı anlamına gəlirdi. Bu abidənin 9 Maya qədər sökülməsi Azərbaycanın qırmızı cizgisi idi. Xatırlayırsınızsa, mətbuatda Xocalı qatillərindən biri olan və hazırda qondarma qurumun "təhlükəsizlik katibi işləyən Vitali Balasanyan da vaxtı ilə fəxr etdiyi Njdenin abidəsinin sökülərək ya Ermənistana daşınmasını, ya da heç olmasa müvəqqəti də olsa  yığışdırılmasını təklif etmişdi. Gec də olsa artıq ermənilər bu ərazilərin Azərbaycana aid olduğunu anlamağa başlayıblar”. 

Qeyd edək ki, Qarabağdakı rus sülhməramlılarının komandanı general Rüstəm Muradov Xocavənddəki erməni faşist kollaborasionisti Qaregin Njdenin abidəsinin sökülməsinə göstəriş verib. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->