Gəncə şəhərində yerləşən 37 saylı məktəb koronavirus səbəbindən dayandırılıb. 900-ə yaxın şagirdi olan təhsil müəssisəsində tədris prosesi onlayn qaydada təşkil olunub.
Qaynarinfo xəbər verir ki, Baku TV-yə bu barədə danışan Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev bildirib ki, gələn həftə şagirdlərin əyani şəkildə məktəbə gələcəyi nəzərdə tutulub.
O da bildirilib ki, təhsil ocağında artıq bir neçə dəfə dezinfeksiya işləri aparılıb.
Məsələ ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/mY4OMKAzzzA" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
Şərhlər