İyulun 10-da Gəncədə baş verən iğtişaşlar zamanı şəhid olan polis polkovniklərinin 40 mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Gəncə ictimaiyyəti və polislərin yaxınları bu gün onların məzarlarının ziyarət ediblər.
Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər. Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.
Qeyd edək ki, fotoları "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı paylaşıb.
Şərhlər