"Gilan Holdinq” şirkəti 2020-ci ilin yanvarın 1-dən "Qəbələ” klubuna sponsorluğu dayandıracaq.
Qol.az-ın əldə etdiyi xəbərə görə, şirkətin növbət il üçün kluba pul ayrılmayacaq. Buna holqinqin özünün də maliyyə çətinlikləri ilə üzləşməsi səbəb olub.
Belə bir durumun yaranacağından "Qəbələ” rəhbərliyi bir neçə ay əvvəldən məlumatlı olub. Ona görə də klub rəhbərliyi hələ bir müddət əvvəl yeni sponsor axtarışına çıxıb. Bununla bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüş də keçirilib. Federasiyanın "Qəbələ”yə kömək edəcəyini bildirsə də, iddialara görə, hələlik bununla bağlı real addımlar atılmayıb.
Amma yanvar ayından AFFA-nın "Qəbələ”yə maliyyə yardımı ayıracağı da istisna deyil. Hazırda isə durum belədir ki, ortada konkret heç nə yoxdur və "Qəbələ”nin vəziyyəti qeyri-müəyyəndir. Buna görə də klubun yanvarın əvvəlindən fəaliyyətini dayandıracağı ehtimalı az deyil.
Hər şeyə yaxın vaxtlarda dəqiqləşəcəyi gözlənilir. Əgər qısa müddətdə sponsor tapılmasa, təəssüf ki, Azərbaycan futbolu üçün böyük işlər görmüş klub dağılmalı olacaq. Bununla da daha bir bölgə kluba tarixin yaddaşına köçəcək.
Ümid edək ki, klub və AFFA növbəti dəfə müzakirə aparmaqla vəziyətdən çıxış yolu tapa biləcək və "Qəbələ” fəaliyyətini təkcə bu mövsümü sonuna qədər deyil, növbəti illərdə də davam etdirəcək.
Şərhlər