Gömrükdə 138 min manatlıq siqaret ələ keçdi (VİDEO)
Tovuz Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qeyri-qanuni yollarla gətirilən və Azərbaycan aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin və mobil telefonların realizə edilməsinin qarşısını alıblar.
Qaynarinfo xəbər verir ki, komitədən oxu.az-a istinadən verilən məlumata görə, ölkə vətəndaşı Məmmədov Məhəmməd Yasin oğlunun idarə etdiyi "HYUNDAI AF-47432A” markalı, 01AD046 dövlət nömrə nişanlı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Həmin nəqliyyat vasitəsinə baxış zamanı avtomobilin yük yerində aksiz markası ilə markalanmayan cəmi 46 200 ədəd – "Marlboro Gold edge”, "Parliament Silver blue”, "Parliament Aqua blue”, "Parliament Carat” və "Sobranie Super Slims” adlı siqaretlər aşkar edilib.
Bundan başqa, avtomobildə qutu və aksesuarları ilə birlikdə doqquz ədəd "Samsung Galaxy J5 (6)” və altı ədəd "Samsung Galaxy J5 prime” markalı mobil telefonlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, "Marlboro Gold edge”, "Parliament Silver blue”, "Parliament Aqua blue”, "Parliament Carat” və "Sobranie Super Slims” adlı siqaretlərin orta qiyməti təxminən 3-4 manat təşkil edir. Aşkarlanan siqaretin dəyəri təxmini 138-184 min manat təşkil edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər