Ekonomiks 18:52 01.02.2024

Gömrük Komitəsi iki şirkətin cərimələnməsini istəyir

"NB Seramik" və "Maybo" MMC-lər barəsində cərimə protokolu yazılıb.

Qaynarinfo xəbər verir ki, şirkətlər barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən tərtib edilmiş protokola əsasən, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Protokollar baxılması üçün ayrı-ayrılıqda Gəncə Şəhər Məhkəməsinə göndərilib. Hər iki işə 14.02.2024-cü il tarixində hakim Asif Əliyev və Liza Xanməmmədovanın sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, "NB Seramik" piltələr, "Maybo" şirkəti isə kənd təsərrüfatı və qida sənayesi üçün ölçü alətləri və laboratoriya avadanlıqlarının təchizini həyata keçirir.

Əhməd