Xəbər lenti

Siyasət 02:24 18.10.2021

“Google” Azərbaycanda Müstəqilliyin Bərpası Gününə dudl həsr etdi (FOTO)

"Google” axtarış saytının əsas səhifəsi Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 illiyinə həsr edilib və əlamətdar hadisə üçün dudl hazırlayıb.

Qaynarinfo "Report”a istinadla xəbər verir ki, Azərbaycanın bayrağını klik edəndə "Azərbaycanda Müstəqilliyin Bərpası Günü” ilə bağlı məlumatların yer aldığı səhifələrə keçid baş verir.

Xatırladaq ki, dudl Google axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->