Xəbər lenti

Günay Musayeva danışdı - “Sevgilim deyil”
Maqazin 14:56 04.03.2015

Günay Musayeva danışdı - “Sevgilim deyil”

Model Günay Musayeva Türkiyə mətbuatında boşanmadan yeni sevgi münasibətinə başlaması haqda yayılan xəbərlərə münasibət bildirib. 

“Qafqazinfo”nun  məlumatına görə, aktyor Tolqa Kareldən boşanma mərhələsində olan model sözügedən məsələyə sosial şəbəkədə aydınlıq gətirib:

“Hər zaman cavab verməməyə, ciddi qəbul etməməyə çalışıram. Artıq səbrim tükənib. 8 ildir ki, mənimlə çalışan, mənə qardaşlıq edən, yardımları ilə əlim-ayağım olan, hər zaman yanımda görüntülənən Ülvi Şabanla də sevgili olduğumu yazıblar. Həmin xəbəri yazan jurnalistin xəyal gücünə təəccübləndim.  

Ülvi, gülüş səslərini eşidə bilirəm. Söyləyəcək söz tapmıram. Yalan xəbər yazanda da nə içtiyiniz mənim üçün çox maraqlıdır”. 

Qeyd edək ki, Türkiyə mətbuatı Günay Musayeva ilə köməkçisi Ülvi Şabanın fotosunu yayımlayaraq, modelin iş adamı Vedat Mavuzerlə görüntüləndiyini və sevgili olduğunu iddia edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->