Müğənni Günay İbrahimli plastik əməliyyat etdirən kişilərdən danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar” verilişinə açıqlamasında müğənni Rəhim Rəhimlinin burun əməliyyatını bəyənmədiyini deyib:
“Plastik əməliyyat düşünmürəm. Amma yaşım keçəndən sonra estetik gözəllik üçün etdirərəm. İndi ən çox deyirlər, burnunu əməliyyat etdir. Cavab verirəm ki, mənim burnumla işiniz olmasın. Düzəltsəm, standart sima olacam. Bir neçə müğənninin əməliyyatı uğurlu alınıb. Aygün Kazımovanın əməliyyatını çox bəyəndim. Mən də həvəsə düşmüşdüm. Rəhim Rəhimlinin burnunu yaxşı əməliyyat etməyiblər. Onunla düşmən deyiləm, sadəcə kor-kor, gör-gör, gözəl deyil. Şou-biznesin 80 faizinin burnu düzəltmədir”.
“Prodüser Təranə də burun əməliyyatı etdirib” sözlərinə Günay “Görməmişəm. Amma gedib baxaram. Heç vaxt rastlaşmamışıq. Üz-üzə gələndə baxacam. Yəqin ki, uğurlu alınıb” deyə cavab verib.
İfaçı plastik əməliyyat etdirən kişi sənətçilərin ünvanına sərt sözlər səsləndirib:
“Dodaqlardan danışmaq istəmirəm. Burun onların yanında toya getməlidir. İndi silikonları çıxartdırırlar. Balaca dodaq dəbdədir axı. Kişi özünü estetik əməliyyat etdirəndə siması itir. Adicə qaşlarının üstündəki tükü aldıranda dəyişiklik olur, qadınlaşma gedir. Sağlamlıqla bağlı əməliyyat etdirmək olar. Kişi “qəşəng” sözünü işlətməməlidir, meymundan fərqlənsin bəsdir. Belələrini kişi saymıram. Kişilik siması itməməlidir. Ya elə, ya da belə olmalısan”.
Qaynar.info
Şərhlər