Xəbər lenti

Gürcüstan prezidentinin oğluna Fransada vəzifə verildi
Dünya 18:39 15.09.2019

Gürcüstan prezidentinin oğluna Fransada vəzifə verildi

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani Fransa Prezident Administrasiyasında vəzifəyə təyin olunub.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, Fransa və Gürcüstan vətəndaşlığına sahib T.Qorcestani Asiya və Amerika ölkələri ilə diplomatik məsələləri həll edəcək. O, daha əvvəl Fransanın BMT missiyası çərçivəsində Nyu-York və Fransanın London səfirliyində çalışıb. 

Qeyd edək ki, Salome Zurabişvili 1952-ci ildə Parisdə doğulub və Fransanın diplomatik strukturlarında çalışıb.

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->