Xəbər lenti

Gürcüstan sabahdan bütün aviauçuşları dayandıracaq
Dünya 21:10 20.03.2020

Gürcüstan sabahdan bütün aviauçuşları dayandıracaq

Martın 21-dən Gürcüstan bütün aviauçuşları dayandıracaq.

Bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani martın 20-də keçirdiyi brifinqdə məlumat verib.

Onun sözlərinə görə, martın 21-dən etibarən Gürcüstanın bütün istiqamətlərdə hava nəqliyyatı ilə əlaqələri kəsiləcək. Yalnız "Gürcüstan hava yolları” hökumətlə koordinasiya olunmuş şəkildə uçuşlar həyata keçirə biləcək.

"Georgian Airways” şirkətinin baş direktoru Roman Bokeriya bəyan edib ki, şirkət əməkdaşlarının 95 faizini müddətsiz və əmək haqqı ödənilmədən məzuniyyətə göndərir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->