Xəbər lenti

Finlandiya NATO-nun Şimal Komandanlığının qərargahını bu şəhərdə yerləşdirmək istəyir
Dünya 14:00 28.09.2024

Finlandiya NATO-nun Şimal Komandanlığının qərargahını bu şəhərdə yerləşdirmək istəyir

Finlandiya cənub-şərqdəki Mikkeli şəhərində NATO-nun yeni quru komandanlığı bölməsini yerləşdirməyi təklif edib. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Hakkiyanen məlumat verib.

Bildirilib ki, çox korpuslu quru komandanlığı adlanan bölmə Norfolk Birgə Qüvvələri altında NATO-nun Şimali Avropadakı quru qüvvələrinin fəaliyyətini planlaşdıracaq, öyrədəcək və istiqamətləndirəcək.

"Müttəfiqlər və Finlandiya müdafiə qüvvələri tərəfindən idarə olunan bölmə normal şəraitdə öz zonasında NATO təlimi və digər sülh dövründəki fəaliyyətlərə cavabdeh olacaq", deyə nazir bildirib.

Eyni zamanda, böhran baş verərsə, bölmə öz zonasında NATO-nun quru qoşunlarının əməliyyatlarını idarə edəcək.

Qeyd edək ki, Finlandiya 2023-cü ilin aprelində NATO-ya qoşulub və alyans sərhədinin yarısını əsas rəqibi Rusiyadan qoruyur. Eyni zamanda, Finlandiya ordusunun komandanlığı artıq Mikkelidə yerləşir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->