Xəbər lenti

Avtoxuliqanlıq edərək video çəkən şəxs tutuldu
Ölkə 11:33 28.09.2024

Avtoxuliqanlıq edərək video çəkən şəxs tutuldu

33Tərtərdə avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan 1998-ci il təvəllüdlü Kənan Tağızadə müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib.
 
K.Tağızadə barəsində toplanmış material məhkəməyə göndərilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->