Ümumdünya Antidopinq Agentliyi (WADA) dünyanın bir tennisçisi Yannik Sinnerin antidopinq qaydalarını pozması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib.
Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın saytı məlumat yayıb.
"WADA Sinnerin bir ildən iki ilədək müddətə diskvalifikasiya edilməsini tələb edir. Biz artıq qəbul edilmiş qərarlardan başqa heç bir nəticənin ləğvini tələb etmirik", deyə məlumatda bildirilir.
Avqustun 20-də tennisdə neqativ hallarla mübarizə orqanının (ITIA) rəsmi saytında Sinnerin əvvəllər keçdiyi iki müsbət dopinq testinə görə diskvalifikasiyadan yayınması barədə məlumat dərc edilib. Təşkilatın Sinneri diskvalifikasiya etmək üçün ciddi səbəblər tapmadığı bildirilir.
Sentyabrın 8-də Sinner ABŞ Açıq Tennis Turnirinin qalibi olub. Finalda İtaliya təmsilçisi amerikalı tennisçi Teylor Fritzə qalib gəlib. 2 saat 16 dəqiqə davam edən görüş üç setdə 6:3, 6:4, 7:5 hesabı ilə başa çatıb.
Bu qələbədən sonra Yannik Sinner 2024-cü ildə ən çox qazanan kişi tennisçisi olub. 23 yaşlı idmançının gəliri təxminən 10,5 milyon dollar təşkil edib. Bu məbləğ əfsanələr Novak Cokoviç və Rafael Nadalın 2024-cü ildə qazandıqları ümumi puldan iki dəfədən də çoxdur.
Aydın
Şərhlər