Gürcüstanda "Tribuna” adlı yeni siyasi hərəkat yaradılır.
Yeni siyasi hərəkatı parlamentin bitərəf deputatı David Çiçinadze yaradır.
D.Çiçinadze AZƏRTAC-a bildirib ki, iyunun 22-də yeni siyasi təşkilatın təqdimatı olacaq.
O deyib ki, "Tribuna” siyasi hərəkatını yaratmaqda əsas məqsəd Gürcüstanın ictimai-siyasi həyatına yeni nəfəs gətirməklə ölkədəki demokrat mühiti saflaşdırmaqdır.
Onun sözlərinə görə, 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. Bunun üçün indidən müəyyən tədbirlər planı hazırlanır.
Məlumat üçün qeyd edək ki, D.Çiçinadze bu ilin fevralında üzv olduğu "Vətənpərvərlər Alyansı” fraksiyasından istefa verib.
Şərhlər