Tiflisdəki gey-paradda xəsarət alanların sayı 28 nəfərə çatıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı BBC-nin rus xidməti yayıb.
Ötən günə planlaşdırılan gey-parad baş tutmayıb. Gürcüstan parlamentinin köhnə binasının qarşısına "mavilər" hərəkatının bir neçə min əleyhdarı toplaşıb. Bu səbəbdən aksiyanın yeri dəyişdirilib. Lakin əleyhdarlar polis səddini yarıblar və toqquşmalar başlayıb.
Şərhlər