Xəbər lenti

“Güzgü günü” müəllifinin “Güzgü dərs”i (FOTOLAR)
Foto 13:49 12.05.2019

“Güzgü günü” müəllifinin “Güzgü dərs”i (FOTOLAR)

Tənqidçi, esseist, filologiya elmləri doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Rüstəm Kamal mayın 10-da Xəzər Universitetində "Yaradıcı yazı” fənninin qonağı olub. 

Qaynarinfo xəbər verir ki, "Dillər və ədəbiyyatlar” departamentinin müəllimi Qardaşxan Əzizxanlının giriş sözü və tələbə Suqra Əliyevanın ədəbiyyatşünas alim haqqında təqdimatından sonra açıq dərsin iştirakçıları "Dərs özü yaradıcılıq aktıdır,–əgər yaradıcılıq aktına çevrilməsə, o, dərs deyil” anonsu ilə verəcəyi şərhlərin səciyyəsini bəyanlayan R.Kamalın "Nəsr əsərində süjet xəttinin seçimi üsulları, süjet instinktinin formalaşdırılması. Dünyada və Azərbaycanda romançılıq” mövzusunda mühazirəsini dinlədilər. Eyni zamanda, dialoq təklif edən qonaq öz çıxışında səsləndirdiyi "fraqmentlər, şəbəkə, kollaj süjetlər qurmaq lazımdır” tezisləri ətrafında "Yaradıcı yazıçı”lardan Sonaxanım Nağızadə, Pinar Məmmədzadə, Fəridə Həsənli, Sadiq Mirzəyevin verdiyi sualları cavablandırdı və S.Əliyevanın lirizmi ilə seçilən "Yanlış seçim” adlı minimalist hekayəsinə tənqidçi münasibətini bildirdi. 
""Yaradıcı yazı” Rüstəm Kamaldan kam aldı” deyə açıq dərsi obrazlı şəkildə ümumiləşdirən "Xəzər”li tələbələrə filoloji esselər toplusu "Güzgü günü” kitabını bağışlayan ədəbiyyatşünas alimin keçdiyi ustad dərsi, əslində, bir "Güzgü dərs”inə çevrildi.  

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->