Türkiyənin "Redhack" haker qrupu İstanbul administrasiyasının saytını dağıdaraq bəzi dövlət qurumlarının dövlətə olan borclarını silib.
Trend-in məlumatına görə, "Redhack" qurumların elektrik enerjisi, su, internet və qaza görə dövlətə olan borclarını ləğv edib.
"Redhack"ın bəyanatında deyilir ki, qrup Türkiyə hakimiyyətinin Taksim meydanındakı nümayişlərə müdaxilə etməsinə etiraz əlaməti olaraq borcları silib.
Qaynar.info
Şərhlər