Xəbər lenti

Sağlamlıq 21:08 07.09.2021

Hamiləlik dövründə fiziki fəaliyyətin faydaları açıqlandı

Norveçli tədqiqatçılar anaların fiziki aktivliyinin uşaqlarında ağciyər funksiyasına müsbət təsir etdiyini müəyyən ediblər. 

Qaynarinfo xəbər verir ki, alimlər yeni araşdırmasını Avropa Tənəffüs Cəmiyyətinin qurultayında təqdim ediblər.

Oslo Universitetinin tədqiqatçıları Norveçin paytaxtı və Stokholm sakinlərindən doğulan 814 uşağın sağlamlığı ilə bağlı məlumatları təhlil ediblər. Elm adamları hamiləliyin 18-34-cü həftələrində qadınlardan sağlamlıq və həyat tərzi ilə bağlı anket doldurmalarını istəyiblər. Nə qədər tez-tez və nə qədər məşq etdikləri ilə bağlı verilən cavablara əsasən, qadınlar çox aktiv, orta dərəcədə aktiv və hərəkətsizlərə bölünür. Daha sonra üç aylıq uşaqlarda ağciyər funksiyası tənəffüs edilən və çıxarılan havanın sürəti və həcmi ölçülməklə qiymətləndirildi.

Ağciyər funksiyası ən aşağı olan 47 uşaqdan 25 anası az fiziki fəaliyyətlə məşğul olurdu. Aktiv anaların uşaqlarında orta ağciyər funksiyası da daha yüksək idi. Erkən araşdırmalar göstərir ki, ağciyər funksiyası aşağı olan uşaqlarda 10 yaşına qədər astma xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir. Eyni zamanda, tədqiqatçılar 10 yaşı olan uşaqlarda ağciyər funksiyasının dinamikasının ölçülməsini və tənəffüs xəstəliklərinin inkişafına təsirini izləməyi planlaşdırırlar.

Xəyal

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?