Hava şəraitinin dəyişməsi insanların səhhətində hansı problemləri yaradıb? (AÇIQLAMA)

Hava şəraitinin dəyişməsi insanların səhhətində hansı problemləri yaradıb? (AÇIQLAMA)

İyul ayı olmasına baxmayaraq, havaların kəskin dəyişməsi şübhəsiz ki, insanlara təsirsiz ötüşmədi. Xüsusən, meteohəssas insanların səhhətiylə bağlı şikayəti artıb. 

Qaynarinfo məsələ ilə bağlı terapevt-kordioloq Oruc Mehrəliyevlə əlaqə saxlayıb. Həkim son günlərdə hava şəraiti ilə əlaqədar olaraq müraciətlərin sayının artdığını bildirib: 
 


"Təbii ki, hava şəraiti ilk növbədə sinir sistemi zəif olan insanlara təsir edir. Yəni, sinir sistemi qeyri-stabil, nevrotik insanlar problemlərə məruz qalır. Belə ki, havanın dəyişkənliyi onlarda depressiv hallar, gərginliklər yaradır. 

İkinci sırada ürək-damar xəstəliyi olan insanlar durur. Hətta müraciətlərin sayında belə artım müşahidə olunur. Qan təzyiqində qeyri-stabillik, revmatik ağrılar havanın təsiri ilə güclənib. Xüsusən atmosfer təzyiqinin artması oynaq ağrılarını artırıb.

Digər tərəfdən soyuq hava ilə bağlı olaraq infeksion, iltihablı xəstəliklər artıb. Buna görə də, istirahətə yollanan vətəndaşlar havanı nəzərə alaraq geyimlərini tənzimləsələr, daha yaxşı olar”.
XƏBƏRLƏR
BLOGLAR