Xəbər lenti

İdman 10:49 16.10.2018

Həbib Makqreqorla revanş döyüşündən və 15 milyondan imtina etdi

Las Veqasda UFC çempionu olan Həbib Nurməhəmmədov irlandiyalı rəqibi Konor Makqreqorla revanş döyüşündən imtina edib.

Qaynarinfo xəbər verir ki, bu barədə dağıstanlı döyüşçünün əmisi Aleks Nurməhəmmədov məlumat verib.
 
"Revanş Həbib üçün maraqsızdı. O, Makqreqorla heç bir pul qarşılığında döyüşmək istəmir. Hə, ona revanş təklif olunduğunu bilirik. Amma Həbib təklifdən imtina edib".

Qeyd edək ki, bu döyüş üçün Həbibə 15 milyon dollar qonorar təklif olunurdu. Əmisi bildirib ki, döyüşçü 30 yaşlı Həbib Toni Fergusonla döyüşdükdən sonra karyerasına son qoymaq istəyir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?