UFC döyüşçüsü Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, 31 yaşlı dağıstanlı idmançı böyük ehtimalla amerikalı Toni Ferqyusonla döyüşəcəyini bildirib.
Qeyd edək ki, Həbib ötən ay BƏƏ-nin paytaxtı Abu-Dabidə amerikalı Dastin Puaryeni məğlub edərək ikinci dəfə çempion titulunu qoruyub. Nurməhəmmədov indiyədək UFC-də keçirdiyi 28 döyüşün hamısında qalib gəlib. 35 yaşlı Ferqyuson isə 28 döyüşdən 25-də qələbə qazanıb və 3 dəfə uduzub.
Şərhlər