Foto 23.01.2022

Həbsxanada böyüdü, narkotikə qurşandı, silahlı quldurluqla məşğul oldu - 20 yaşında öldürüldü

XXXTentacion təxəllüsü ilə tanınan Casey Dueyn Rikardo Onfroy haqqında maraqlı məlumatları təqdim edirik.

Casey 23 yanvar 1998-ci ildə Florida ştatında anadan olub. XXXTentacion "The Beat”a verdiyi müsahibədə Misir, Suriya, Hindistan və bəlkə də italyan əcdadlarının olduğunu söyləyib. Caseyin valideynləri oğullarının təhsilinə lazımi diqqət yetirmədiyinə görə, o heç bir məhdudiyyət və mənəvi dəyərlər olmadan böyüyüb. Yeniyetməlik illərində məktəbdən qovulan bu afro-amerikalı oğlanın hərəkətlərində cinayətə meyillilik müşahidə olunurdu. Ailəsində problemlər olduğu üçün o gah nənəsigildə, gah da küçədə yatırdı.

Sonra Onfroy özünə yaradıcı təxəllüs icad etdi - XXXTentacion. Üç hərfdən ibarət prefiks onun pornoqrafiyaya bağlılığına işarə edirdi. Yaradıcı ləqəbinin ikinci hissəsi ispan dilindən tərcümədə "səhv" deməkdir.

Onun ilk treki həbsxanada ərsəyə gəlib. Bu, "Vice City” adı altında mahnı idi. Penitensiar müəssisədən çıxan XXXTentacion mikrofonla iki mini albom yazdırır, onları noutbukda emal etdikdən sonra internetdə dərc edir. Onfroy musiqi sənayesində ilk addımlarını həbsxanada tanış olduğu repçi Ski Mask ilə duet edərək atıb.

Bundan sonra "$uicideBoy$” qrupunun musiqiçiləri istedadlı və xarizmatik Caseyi görür və ona əməkdaşlıq təklif edir. XXXTentacion gənclərin Amerika turu çərçivəsində konsertlərində xüsusi qonaq olmaq təklifi ilə razılaşır.

2015-ci ilin sonunda Tentacion "Look At Me" treki ilə dinləyicilərini sevindirir. Bu mahnı tez bir zamanda populyarlaşır və reperin pərəstişkarlarının sayını xeyli artırır.

2016-cı ilin yayında XXXTentacion yenidən həbs olunur. Həmin vaxt o, evə silahlı basqın və quldurluğa görə həbs olunmuşdu. Dörd aydan sonra musiqiçi sərbəst buraxıldı, lakin payızda hamilə sevgilisini döydüyü üçün yenidən həbsxanaya düşdü.

Minlərlə pərəstişkarı sevimli ulduzlarının ən qısa zamanda sərbəst buraxılması üçün əllərindən gələni edirdilər. #FreeX heşteqi sosial şəbəkələrdə populyarlıq qazanmışdı.

Casey 2017-ci ilin yazında yarım illik həbsdən sonra zaminə buraxılıb. Həbsxanadan çıxan musiqiçi özünü şöhrətinin zirvəsində hiss edirdi. Reperin həbsdə qalması onun populyarlığını əməlli-başlı artırmışdı.

Elə həmin il XXXTentacion üç yeni mikstapını buraxır. "Revenge" adlı mini-albomda pərəstişkarları sevimli hitləri olan "Looking For A Star" mahnısını eşidiblər.

Noyabrda reper "Migos" qrupunun musiqiçilərinin hücumuna məruz qalıb. Həmin ay Casey yenidən həbs edilir. Florida prokuroru Onfroyun ilkin ittihamlarını rədd edən sevgilisinin ifadələrindən şübhələnmişdi.

2018-ci il iyunun 18-də XXXTentacion həbsxanadan buraxılıb. Mayamidəki avtosalondan çıxıb maşına minəndə iki tanımadığı şəxs onun yanına qaçıb, onlardan biri çantasını tutub, digəri isə Caseyə bir neçə güllə atıb. Musiqiçi 20 yaşında, odlu silahdan aldığı ağır yaralar səbəbindən hadisə yerindəcə keçinir.//Kulis.az 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?