Azərbaycanın məşhur müğənnisi, “Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov müsabiqənin rəsmi saytına müsahibə verib. O müsabiqədə ifa edəcəyi mahnı barədə ətraflı danışıb.
AzVision.az həmin müsahibəni təqdim edir:
- Sənin yeni mahnının üç əsas aspekti hansılardır?
- “Hour Of TheWolf” müasir mistik balladadır. Mən öz mahnıma vurulmuşam. Mən bu il “Eurovision”səhnəsində ikinci dəfə çıxış edəcəm. 2008-ci ildə Samirlə birgə oxuduğum “Day After Day” mahnısı ilə finalda 8-ci pilləni tutduq. Bizim artıq yeni mahnının səhnələşdirilməsi ilə bağlı xeyli ideyalarımız var. Ona görə də siz “Eurovision 2015” mahnı müsabiqəsində xüsusi bir şey gözləməlisiniz.
- Səhnəyə çıxmamızdan öncə hər hansı bir uğur ritualı icra edirsinizmi?
-Düzünü desəm, mən heç bir ritual icra etmirəm. Düşünürəm ki, müsabiqədən əvvəl hər hansı bir “uğur” ritualı müəyyənləşdirmək lazımdır.
-“Eurovision” müsabiqəsi sizin üçün niyə bu qədər önəmlidir?
- Bu mənim özümü solo ifaçı kimi göstərməyim üçün əla şansdır. Mən öz mahnıma inanıram, onda olduqca güclü mesajlar var. Mahnımda “Hər bir ürək mübarizəyə layiqdir və “biz heç vaxt təslim olmamalıyıq” kimi əhəmiyyətli mesajlar var. Biz öz xoşbəxtliyimiz üçün mübarizə aparmalıyıq.
Qaynar.info
Şərhlər