Bəzi insanlar mübahisə zəminində qarşı tərəfə hədə-qorxu gələndə, əllərində olan psixi xəstəlik haqqında arayışa güvənirlər. Belə olduqda sual yaranır, cəmiyyət üçün təhlükəli ola biləcək şəxslər necə rahatlıqla insanlar arasında sərbəst dolaşa və ağıl işlədərək bu sənədi hədə vasitəsi kimi istifadə edə bilir?
ARB TV –nin "Günə doğru” verilişində bu məsələ ilə bağlı maraqlı sujet hazırlanıb.
Kadrlardan gördüyünüz binada 100-dən çox psixi problemdn əziyyət çəkən insan stasionar müalicə alır. Bura bəziləri könüllü, digərləri isə məhkəmənin qərarı ilə gətirilir. Daha şiddətliləri izə aidiyyatı üzrə digər xəstəxanalara göndərilir.
Quba rayonunda yerləşən Quba Rayonlararası Psixonevraloji Mərkəzdə xəstələr müəyyən müddət müalicə aldıqdan sonra bəzən evə buraxılır. Lakin bu proses hər zaman rahatlıqla reallaşmır. Belə ki, bəzi ailələr xəstədən imtina edir və onun xətəxanada qalmasını tələb edir. Belə olduqda müalicə uzun müddət davam edir.
Nəriman Qurbanov – Quba rayon Mərkəzi Xəstəxanasının Rayonlararası Psixonevroloji Mərkəzin Baş həkimi: "Xəstəliyin gedişatından asılı olaraq 21 gündən 3 ay,5 ay , 6 aya, bəzən bir ilə qədə onların müalicəsi uzana bilir. Burada müalicə aldıqdan sonra xəstə evə göndərilir və rayon üzrə psixiatrik kabinetin ambulator müşahidəsinə göndərilir”.
Daha ağır, ətrafdakı insanlara təhlükə yarada biləcək xəstələr isə müalicə üçün ruhi əsəb dispanserinə göndərilir. Onlar xüsusi nəzarət altında öz mülaicələrini almaqla həyatlarının bir hissəsini orada keçirməli olurlar.
Ağakərim Muradxanov – Psixiatr, Narkoloq: "Doğrudur burada hər bir şərait var. İnsan hüquqları müdafiə olunur, insanlar müdafiə olunur, ancaq belə xəstələr cəmiyyət üçün həmişə təhükədir. Ona görə də onlar xüsusi yaranmış psixatrik klinikalarda saxlanılır və ətraf mühitə buraxılmr”.
Ruhi əsəb xəstələrinə nəzarət edən ailə üzvləri bilməlidir ki, hər hansı bir neqativ hal aşkar edildikdə sahə üzrə nəzarətçi həkimə mütləq məlumat verilməlidir. Eyni zamanda belə xəstələrin ardıcıl müəlicəsinə nəzarət olunmalıdır. Əks təqdirdə baş verə biləcək xoşagəlməz hadisələrə görə xəstənin ətrafındakı insanlar da məsuliyyətə cəlb oluna bilər.
Ağakərim Muradxanov – Psixiatr, Narkoloq: "Bunlar əvvəldən bunu müraciət etməlidirlər psixatrik klinikalara və sahə müvəkkilərinə hansı rayonda yaşayırlarsa ki, bu insan ətraf mühit üçün mütamadi olaraq təhlükəlidir, ətraf mühitə zərər verir. Yəni bu insanın təmasda , ünsiyyətdə normal həyat tərzi yoxdur”.
Cinayət hadisəsi törədilərkən təqsirləndirilən şəxsin anlaqlı olub olmaması xüsusi üsullarla müəyyən edilir. Anlaqsız durum aşkar edilərsə o, ruhi əsəb xəstəxanasında xüsusi nəzarət altında müalicəsini davam etdirir. Yəni əlindəki sənədlə hədə qorxu gələn şəxslər bilməlidir ki, istənilən halda cinayət törətmiş insan azadlığından məhrum olur.
Şərhlər