Sağlamlıq 13:48 16.04.2021

Həkim xurmanın insan sağlamlığına zərərləri barədə xəbərdarlıq etdi

Qastroenteroloq Natalya Marçenko xurmanı "hiyləgər" meyvə adlandırıb. 

Qaynarinfo xəbər verir ki, o, xurmanın xüsusilə piylənmə və diabet kimi xroniki xəstəlikləri olan insanlar üçün təhlükəli olduğunu bildirib. Bundan əlavə, xurma qida borusu və mədəsi zədələnənlər üçün təhlükəli ola bilər.

Xurma ilə bağlı problem onların karbohidratlarla çox zəngin olmasıdır. Bununla bərabər büzücü təsiri sayəsində ağrı, mədə qıcqırması və qıcıqlanmaya səbəb ola bilər.

Qastritdən əziyyət çəkənlərin xurmanı qabıqsız yeməsi daha yaxşıdır.
 
Alpər