Ekonomiks 17:44 25.11.2021

Hər bir azərbaycanlı Türkiyə iqtisadiyyatına bu yolla yardım edə bilər - İqtisadçı

"Türkiyə iqtisadiyyatında müşahidə edilən problemlər yalnız iqtisadi deyil, həm də siyasi səbəblərlə bağlıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun fikirincə, Türkiyənin bir sıra aparıcı Qərb ölkələri ilə münasibətlərində müşahidə edilən gərginlik Türkiyə lirəsi və investisiyasına qoyuluşlarına birbaşa təsir edir:

"Qardaş ölkələrə dəstək üçün ən çox müşahidə və istifadə edilən medtodlardan biri də həmin ölkələrin istehsalı olan malları almaqdır. Xüsusən də bizim bununla bağlı əvvəlki dövrlərdə də çağırışlarımız olub. Türkiyəyə iqtisadi baxımdan dəstək olmaq üçün türk mallarına üstünlük verməyimiz daha yaxşıdır. Hər bir Azərbaycan vətəndaşının bazara gedən zaman türk mallarına üstünlük verməsi Türkiyənin Azərbaycanda ixracatının artmasına, Türkiyəyə daha çox valyutanın daxil olmasına gətirib cıxarda bilər”.

Deputat  hesab edir ki, azərbaycanlı olaraq alış-veriş edərkən türk mallarına üstünlük versə, praktik olaraq bununla hər bir alıcı, hər bir istehlakçı, hər bir vətəndaş Türkiyəyə yalnız mənəvi deyil, maliyyə baxımından dəstək nümayiş etdirə bilər.

Bahar Rüstəmli