Xəbər lenti

Hərbi ekspertdən ön cəbhədən video yayan əsgərlərlə bağlı sərt tələb
Ölkə 16:11 23.10.2020

Hərbi ekspertdən ön cəbhədən video yayan əsgərlərlə bağlı sərt tələb

"Sosial şəbəkədə video və ya foto paylaşan əsgər və zabitlər müəyyənləşdirilərək cəzalandırılmalıdırlar”.


BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspet Üzeyir Cəfərov deyib. Onun fikrincə, Ermənistan həmin şəkillərdən və qeydlərdən öz maraqları naminə istifadə edir:

 



"Bir çox ciddi narahatedici məqamlar var. Müxtəlif yollarla sosial şəbəkə istifadəçisi olan dostlar, tanışlar çox böyük səhvlərə yol verirlər. Onlar həm səbrsizlik göstərərək əsgər və zabitlərimiz barəsində lazımsız qeydlər yazır, həm də döyüş əməliyyatlarının getdiyi və qarşıdakı əməliyyat istiqamətləri ilə bağlı fikirlərini açıq şəkildə qeyd edir, döyüşlərdə həlak olan, səhidlik zirvəsinə ucalan qardaşlarımız haqqında müxtəlif şəkillər, qeydlər paylaşırlar. Omaz! Düşmən bu şəkillərdən və qeydlərdən öz maraqları naminə istifadə edib, ordumuzun döyüş ruhunu, ona olan inamı sarsıtmaq üçün ciddi şəkildə addımlar atır. Şəhidlərimiz, yaralı hərbçilərimizi ən ağır sözlərlə təhqir edir, məsxərəyə qoyurulur. Bunu istəyirsiniz? Bu savaş bizim haqq işimizdir. Şəhidlər də olub, var və müharibə tam şəkildə başa çatanadək yenə itkilərimiz qaçılmazdır”.


Üzeyir Cəfərov bildirib ki, sentyabrın 27-də başlayan savaşda ilk günlərində olan səliqə-sahman indi bir az eyforiya və məsuliyyətsizliklə əvəzlənib:


"Çox xahiş edirəm, etməyin, əzizlərimizi ölümün caynağına itələməyin. Kim başa düşür-düşsün, başa düşməyənlərə izah edin. Sizin ən xırda ehtiyatsızlığınızdan erməni alçaqlar öz çirkin, mənfur məqsədləri üçün istifadə edirlər. Çox az vaxt qalır. Başladığımız müqəddəs savaşı yekunlaşdırmağa doğru gedirlər. İmkan verin bu işi bitirsinlər. Sosial media ordumuza çox mane olur. İnanın, bunu tam səmimi və ciddi deyirəm. Bizdən bəziləri ya bilərəkdən, ya da bilməyərəkdən çox yanlışlıqlar edir”.


Ekspert sonda üzünü Müdafiə Nazirliyinin rəsmilərinə tutub:


"Hər kəsi ən sərt formada məsuliyyətə, hətta lazımdırsa, cinayət məsuliyyətinə cəlb etməklə xəbərdar edin. Onların bəziləri son dərəcə arxayın şəkildə görülən müqəddəs işə xələl gətirir. Öndə olan komandirlərin həyatını real təhlükəyə atır. Döyüşü idarə edən komandirlərinə çox mane olurlar”.


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->