"Harada YPX əməkdaşları guya yol tənzimləyirlər, əksinə
onlar süni tıxacların yaranmasına səbəb olurlar".
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov yazıb. O, paytaxtda yaranan tıxaclara görə Yol Patrul Xidmətini günahlandırıb.
"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əvəzolunmaz
və az qala ömürlük rəisi general Ramiz Zeynalovun və tabeçiliyində olan
"qaişniklərin" oxuması vacibdir. Yol Patrul Xidmətinin vacib qurum
olduğunu mən də anlayıram. Amma, görəndə ki, bu qurumda xidmət aparanları
yalnız və yalnız öz maraqları və daha çox cərimə-filan yazmaq düşündürür, məcbur
olub onlara xatırlatmalı olursan ki, ay yoldaş-cənablar! Sizin vəzifə
borclarınızdan biri də, sürücüləri maarifləndirmək və yol-hərəkətini normal şəkildə
tənzimləmək, eyni zamanda, bu sahə ilə bağlı bilik və bacarığınızı artırmaqdır.
Deməli, hər gün Bakı şəhərində, eləcə də respublikanın
yollarında avtomobillə hərəkət edərkən, YPX-nin necə öz vəzifə borclarını yerinə
yetirdiyinin şahidi olursan. Şəhərdəki tıxacların yaranmasında və aradan
qaldırılmamasında şəxsən mən YPX-nın də az "əməyinin və zəhmətinin"
olduğu qənaətindəyəm”.
Ü.Cəfərov Bakının bir sıra yerlərində baş verən tıxacların yaranma səbəbinə
toxunaraq, quruma bəzi tövsiyyələr də verib:
"Ziya Bünyadov prospektində hər iki istiqamətdə - istər
"Koroğlu" metrostansiyasından üzü "20 Yanvar"-Qələbə
Meydanı istiqamətində və əksinə, adıçəkilən marşrutun şəhərdən Neftçilər-Aeroport istiqamətində səhər və axşam saatlarında yaranan dözülməz tıxacın ən
böyük səbəblərindən biri və mən deyərdim ki, ən başlıcası bilirsiniz nədir?
Deməli bu yolda 90 km/saat sürət həddi qoyulub. Bizim
yarıyuxulu və başı Allah bilir nəyə qarışan əksər sürücülərimiz həm adı çəkilən
yolun Ayna Sultanova-Karl Marks yolunun üstündə olan MMX
kamerası-radarı, eləcə də Dərnəgül yolunun üstündəki radarları görən kimi sürətdi
azaldıb 50-60 km/saat-a salırlar. Siz təssəvvür edin ki, ən intensiv və gur
olan yolda bir anlığa hansı tıxaclar yaranır. Bəli, əvvəllər bu yolda hərəkət
sürəti 60 km/saat idi. İndi isə axı bu sürət həddi dəyişdirilib. Özü də bu biabırçı
vəziyyəti aradan qaldırmaq üçün bizim sayı-hesabı bilinməyən YPX başbilənlərinə
çox da böyük ağıl və savad tələb olunmur. Sadəcə, o yolun hər iki tərəfində əlavə
3-4 ədəd 90 km/saat sürəti bildirən yol nişanları qoymaq lazımdır. Özünüz də
şahidi olacaqsınız ki, tıxac necə azalacaq və mən deyərdim ki, içi mən qarışıq
sürücülərin də canı qurtaracaq bu əsəbdən.
İkinci vacıb məqam isə, harada YPX əməkdaşları guya yol tənzimləyirlər,
əksinə onlar süni tıxacların yaranmasına səbəb olurlar. Bu hal daha çox Yasamal
ATS istiqamətindən üzü Lider TV-yə düşən yolda və Tibilisi prospektində, Həsən
Əliyev küçəsi ilə kəsişmədə daha çox müşahidə olunur. Ona görə də, hörmətli DYP
və YPX başbilənləri! Sizdən xahiş olunur ki, keçirdiyiniz iclas və müşavirələrdə
öz əməkdaşlarınızdan tələb edin ki, onlar bir az məsuliyyətli və ağıllı şəkildə
öz vəzifələrini yerinə yetirsinlər.
YPX ilə bağlı çox məsələlər var. Onlar haqqında da gələcək
qeydlərimizdə fikir bildirəcəyik. Onların hər ay aldıqları yüksək məvaciblər
ortaya qoyduqları iş ilə uyğun olmalıdır. Hələliksə, biz bunu o qədər də hiss
etmirik".
Şərhlər