Prezident İlham Əliyevin oğlu Heydər Əliyev təhsil aldığı "ADA” Universitetindən məzun olub.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün "ADA”dan məzun olanlar üçün tədbir keçirilib.
Tədbirdə H.Əliyevin valideynləri - Pezident İlham Əliyevlə xanımı Mehriban Əliyeva da iştirak edib.
Dövlət başçısı tələbələr qarşısında çıxış edərək onları təbrik edib və gələcək həyatlarında uğurlar arzulayıb.
Qeyd edək ki, 2013-cü ildə 590 bal toplayaraq "ADA” Universitetinə qəbul olan H.Əliyev Beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.
Sosial şəbəkələrdə prezidentin tələbələr qarşısında çıxışını əks etdirən görüntülər yayılıb. Onlardan birini təqdim edirik:
Şərhlər