Hindistanın Uttar Pradeş əyalətində davam edən güclü yağışlar fəlakətə səbəb olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 3 gündür davam edən yağışlar 64 nəfərin ölümünə, 54 nəfərin isə yaralanmasına səbəb olub. Bölgədə 385 evə zərər dəyib, 28 heyvan tələf olub.
Qeyd edək ki, Hindistanda 1 iyundan bəri davam edən yağıntılarda 500-dən çox insan dünyasını dəyişib.
Gülşən
Şərhlər