Hindistanın Amritsar şəhərində partlayış törədilib.
Qaynarinfo xəbər verir ki, hadisə Radjanasi qəsəbəsində baş verib.
İki maskalı şəxs motosikletlə ibadət evinin qarşısına qumbara atıblar. Partlayış nəticəsində 3 nəfər həlak olub, daha 10-dan çox adam yaralanıb.
Cinayətkarlar hadisə yerindən qaçıb. Polis əməliyyata başlayıb.
Şərhlər