"Hökumətin imkanları artdıqca prezident İlham Əliyev əhalinin sosial müdafiəsi istiqamətində addımlar atacaq".
Modern.az məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə deyb.
Ə.Əhmədov bildirib ki, Azərbaycan artıq qüdrətli bir dövlətə çevrilib:
"Dövlətin imkanları vətəndaşların rifahının yaxşılaşdırılmasına sərf edilir. Azərbaycan hökuməti istəyir ki, vətəndaşlar yaxşı yaşasın. Vətəndaşın yaşayışı, insanların rifahının yaxşılaşdırılması həmişə dövlətin diqqət mərkəzində olub. Bizim üçün ən böyük dəyər insandır".
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycan vətəndaşı dövlətin ən böyük sərvətidir:
"İnsana qayğı göstərməkdən ali dəyər yoxdur. Bir müddət öncə Prezident İlham Əliyevin sərəncamı ilə bütün kateqoriyalardan olan insanların rifahının yaxşılaşdırılması üçün sərəmcamlar imzalandı. Dövlət imkanları çərçivəsində vətəndaşların daha yaxşı yaşaması istiqamətində əlavə tədbirlər görülür. Dövlət başçısının sərəncamları ilə əmək pensiyası, minimum əməkhaqqı, müavinətlər artırıldı. Ümumiyyətlə, vətəndaşlara verilən bütün müavinətlər artırılıb”.
Şərhlər