Xəbər lenti

Hüquqşünas:
Video 15:12 11.04.2021

Hüquqşünas: "Koronalı şəxslərə qarşı bu halda cinayət işi açmaq olmaz" (VİDEO)

Müraciətinə aidiyyəti dövlət orqanları tərəfindən cavab verilmədiyi təqdirdə zəruri ehtiyaclarını qarşılamaq üçün yaşayış yerini tərk edən koronalı şəxslər barəsində cinayət işinin başladılması doğru deyi.

Bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib.

"Vətəndaşın müraciətinə dövlət oqranları tərəfindən cavab verilməyibsə və məcburiyyət qarşısında qalıb yaşayış yerini tərk edibsə, bu, nəzərə alınmalıdır. Həmin şəxslərin bu barədə əsaslandırılmış sübutları olmalı və araşdırmada bu hallara məsələlərə mütləq qiymət verilməlidir. Çünki vətəndaş məcburiyyət qarşısında qalaraq, zəruri ehtiyaclarını qarşılamaq üçün mənzilini tərk edir. Belə olan halda isə həmin şəxslər barəsində cinayət işinin başladılması doğru olmaz”, - o bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->