Bir saatdan çox davam edən görüşdə İYİ Partiya ilə Bəyaz Hərəkatı arasında əməkdaşlığın genişləndirilməsi qərara alınıb
Türkiyənin əsas siyasi qüvvələrindən biri olan İYİ Partiyanın başqanı Meral Akşenerin xüsusi dəvəti ilə Azərbaycan Bəyaz Hərəkatının lideri Hürrü Əliyev Ankarada səfərdə olub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Meral Akşener Azərbaycana olan sevgisi, Milli Azadlıq Hərəkatının lideri, eks prezident Əbülfəz Elçibəyə olan xüsusi ehtiramı ilə ölkəmizdə rəğbət qazanan bir siyasətçidi. Onunla Hürrü Əliyev arasında Türkiyə Parlamentində baş tutan görüş hər iki ölkəyə aid önəmli məsələlərin müzakirəsinə həsr olunub.
Görüşdə gələcək əməkdaşlığın genişləndirilməsi qərara alınıb.
Meral xanım "Elçibəy dünyaca böyük bir lider, bizim böyüyümüzdür. Siz böyük bəyin bizə dəyərli əmanətisiz" deyərək, hər mövzuda səmimi və açıq mesajlarını verib. Görüş haqqında səfərini başa vurduqdan sonra Hürrü Əliyev Bakıda geniş məlumat verəcək.
Qeyd edək ki, Hürrü Əliyev Əbülfəz Elçibəyin qardaşı oğludu.
Şərhlər