Yəməndə davam edən vətəndaş müharibəsinin tərəflərindən olan Husilər mülki əhalini hədəf alıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şərqində yerləşən Marib əyalətində həyata keçirilən hücumda 5 mülki vətəndaş həlak olub, 20 nəfər isə yaralanıb. Bildirilir ki, əraziyə katyuşa raketi atılıb.
Qeyd edək ki, Husilər İran tərəfindən dəstəklənir. Bu qruplaşma və hökümət qüvvələri arasında 2014-cü ildən bəri müharibə davam edir.
Gülşən
Şərhlər