Misirin keçmiş prezidenti Məhəmməd Hüsnü Mübarək 91 yaşında vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı "Al Arabiya” yayıb.
Qeyd edək ki, Hüsnü Mübarək 1981-2011-ci illərdə Misirin prezidenti olub. 25 yanvar 2011-ci ildən ölkədə başlayan etirazlar səbəbindən 11 fevralda səlahiyyətlərini orduya verərək istefa verib. Qısa müdətdən sonra həbs edilib və 2012-ci ilin 2 iyununda ömürlük azadlıqdan məhrum olunub. 2 mart 2017-ci ildə isə bəraət alıb.
Şərhlər