"HZR Group" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta törətdiyi üçün külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin cərimələnməsinə səbəb Qarabağ ərazisində aparılan yenidən quruma işlərinə cəlb edilən işçilərin qanunsuz işlədilməsi və bəzilərinin isə işdən azad edilməsi olub.
Şikayətçilərdən biri deyib ki, Şuşa şəhərində "HZR Group"da elektrik kimi çalışıb və göstərilən müddətdə qanunsuz olaraq, təzminat ödəmədən işdən azad edilib. Bu işin araşdırılmasını xahiş edib. Şirkət ona işdən azad edilməsi üçün də heç bir yazılı sənəd verməyib.
Aparılan araşdırma zamanı məlum olub ki, MMC tərəfindən R.Əzizov, X.Xudaverdiyev, P.Həsənov, Elməddin Nəcəfov, Təhmasib Xudiyev və Abdıyev Röyal əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilib.
Məhkəmənin qərarı ilə "HZR Group" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20 min manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq olunub.
Əhməd
Şərhlər