İbrahimoviç:

İbrahimoviç: "Mançester Yunayted"də maaşımdan 1 funt-sterlinq kəsdilər"

"Milan"ın isveçli ulduzu Zlatan İbrahimoviç "Adrenalin" adlı yeni kitabında maraqlı etiraflar edib.
 
Qaynarinfo xəbər verir ki, o, "Mançester Yunayted"dəki bir xatirəsini bölüşüb. Məşhur futbolçu içdiyi şirəyə görə klubun onun maaşından 1 funt-sterlinq kəsdiyini bildirib. 
 
"Mançester Yunayted”i "dar düşüncəli” bir klub kimi xarakterizə edən İbrahimoviç başına gələni belə yazıb:

"Hamı "Mançester Yunayted"i dünyanın ən zəngin və güclü klublarından biri kimi tanıyır. Kənardan mənə elə gəlirdi, amma orada özümü dar düşüncəlilərin arasında tapdım. Komanda ilə oteldə idik. Matçdan əvvəl susadığım üçün mini barı açdım və oradan meyvə suyu götürüb içdim. Oyundan bir az sonra evə maaş kağızı gəldi. Adətən belə kağıza baxmıram, amma bu dəfə maraqla baxdım və 1 funt-sterlinq kəsinti gördüm. Kluba zəng edib niyə maaşımdan 1 funt-sterlinq kəsildiyini soruşdum. Mənə dedilər ki, mini barda içdiyim meyvə şirəsinə görədir. İnana bilirsiniz? İtaliyada bu heç vaxt baş verməzdi. Bunlar oyunçuların hörmətini qazanan və fərq yaradan detallardır”.
 
Səbuhi Həsənov
XƏBƏRLƏR
BLOGLAR
X