Xəbər lenti

İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı (FOTOLAR)
Foto 14:39 22.10.2018

İcra başçısının qardaşı oğlunun dəbdəbəli həyatı (FOTOLAR)

Son günlər məmur övladarı və onların yaxın qohumlarının dəbdəbəli həyat tərzi ölkə mediasının gündəmini zəbt edib.

Qaynarinfo sfera.az-a istinadən xəbər verir ki, bu dəfə Göyçay rayon icra başcısı Mehdi Səlimzadənin qardaşı oğlunun fotoları sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.
 
Yayılan məlumatlarda Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qardaşı oğlu olduğu iddia edilən Səməd Cəbrayılovun bahalı avtomobili və milyonlarla qiyməti olan villasının görüntüsü yayılıb.
 
Yayılan fotolarla bağlı şərhdə bunlar qeyd edilir: "Bu gün məmləkətimizdə kasıbçılığın sürətlə inkşaf etdiyi bir vaxtda, məmur qohumları günbəgün varlanırlar. Belə ki, Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qardaşı oğlu Səməd Cəbrayılova məxsus bu möhtəşəm villa Qəbələ rayonunda yerləşir. Əmisinin yaratdığı şərait və verdiyi imtiyaz nəticəsində corab almağa imkanı olmayan qardaş oğlu 2 il ərzində milyonlara sahib olub. Səməd Cəbrayılov Göyçayda, Qəbələdə və Bakı şəhəində villalara, bahalı avtomobillərə, obyektlərə sahib olub".
 
Vəzifəsinə görə bu qədər mülkü alacaq maaşı olmayan icra başçısının qardaşı oğlu əgər bu qədər varlana bilirsə, başçının gəlirləri, mülkləri mütləq dövlət tərəfindən araşdırılmalıdır. Səməd Cəbrayılov əmi "nəvazişi" ilə bu qədər maddi imkana sahib olan yeganə məmur qohumu deyil.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->